Qeydiyyatdan keçin və e-poçtunuza gələn qeydiyyat mesajını təsdiqləyin. Xatırlamalarla bağlı xəbərdarlıq və bildirişləri anında, yaxud istədiyiniz anda əldə etmək üçün telefon nömrənizi daxil edə bilərsiniz
Paket əldə edin və açar sözlərinizi (öz adınız, şirkət və qurum adı, brend adı, rəqibləriniz və s. ) daxil edin. Sistem sizin açar sözləriniz əsasında media mühitində baş verənləri real vaxtda sizə çatdıracaq.
Daha dəqiq nəticələr üçün açar sözlərinizə köməkçi sözlər əlavə edə bilərsiniz. Köməkçi açar sözlər axtarışı daha da effektiv edir, yalnız sizə lazım olanları tapmağa kömək edir və daha dəqiq nəticələr verir.
Açar sözlərinizə uyğun olaraq sistem tərəfindən real vaxtda tapılan nəticələrlə tanış olun. Nəticələri tarixlərə görə, mənbələrə görə, həssaslığa görə, eyni xəbərlərin qruplaşmasına görə çeşidləyə və silə bilərsiniz.
Media statistikalar, hesabatlar və analitik təhlillərlə tanış olun. Hesabatları, müqayisəli təhlilləri, qrafikləri və şəkilləri yükləmək imkanı da yaradılıb. Xəbərlərin pozitiv və ya neqativ olmasına real vaxtda nəzarət edin
Media monitorinq və təhlil sistemi vasitəsilə bütün media mühitində baş verənlərdən xəbərdar olmaqla anında daha doğru qərarlar qəbul et. Şəxsi və ictimai nüfuzunuza, təmsil etdiyiniz qurumun və brendinizin imicinə real vaxtda nəzarət et
Özünüz, şirkətiniz, brendiniz və rəqibləriniz haqqında müxtəlif dillərdə olan onlayn media resurslarında baş verənlərdən real vaxtda məlumatlı ol
Özünüz, təmsil etdiyiniz qurum və brendiniz haqqında mediada yazılanların pozitiv, yoxsa neqativ olmasına real vaxtda süni intellekt alətlərinin köməyilə nəzarət et
Real vaxtda media statistikalar, infoqrafiklər, hesabatlar və analitik təhlillər əldə etməklə doğru qərarlar qəbul et
Özünüz, təmsil etdiyiniz qurum və brendiniz haqqında mediada yazılanlardan anında xəbər tut
Dövlər qurumları, deputatlar, siyasətçilər və ekspertlər üçün Mediatrends cəmiyyətdə baş verənləri izləyərək real vaxtda təhlillər edir, ictimai nüfuzu real vaxtda ölçmək və süni intellekt həlləri əsasında daha effektiv qərarlar qəbul etmək imkanları yaradır
PR və media mütəxəssisləri, marketoloqlar, xidmət və brend sahibləri üçün Mediatrends xidmətləri və brendləri, həmçinin rəqibləri real vaxtda izləməyə, neqativləri və böhranları aradan qaldırmağa, daha ağlabatan qərarlar qəbul etməyə və rəqiblərdən bir addım öndə olmağa imkan yaradır
Araşdırma və tədqiqat mərkəzləri, sosial institutlar üçün Mediatrends yeni trendlərlə bağlı real vaxtda bilgilər əldə etməyə, sosial sahədə araşdırmalar aparmağa imkan verir. Müxtəlif bazarları təhlil edərək tələb və təklifi dəyərləndirir, bazarlara yeni xidmətlər və məhsullar çıxarmağa kömək edir.